Diabet xəstələri üçün ən faydalı tərəvəz » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Diabet xəstələri üçün ən faydalı tərəvəz

Diabet xəstələri üçün ən faydalı tərəvəz

Müəllif: Gulnare
//
26 iyun 2018
//
//

Diabet xəstələri üçün ən faydalı tərəvəz


Şəkərli diabet ağır xroniki xəstəlikdir. İldən ilə bu xəstəliyə yoluxan insanların sayı artır.

Belə ki, 2012-ci ildə dünyada 382 mln. insana bu xəstəliyin diaqnozu qoyulub. Alimlərin fikrinə görə, 2035-ci ilə qədər bu rəqəm artacaq və 592 mln. çatacaq. Kontrol olunmayan şəkərli diabet orqanizmə ciddi ziyan vurur, ağır fəsadların inkişafına (infarkt, insult, böyrək çatışmazlığı, korluq) səbəb olur.

Şəkərli diabetdən əziyyət çəkən insanlar üçün pəhriz müalicənin tərkib hissəsidir. Dərman preparatları ilə yanaşı düzgün qidalanma şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

Xeberleragentliyi.com saglamolun.az-a istinadən bildirir ki, Böyük Britaniya alimləri araşdırmalar nəticəsində diabet xəstələri üçün ən faydalı məhsul təyin ediblər. Bu balqabaq növü olan sukkinidir.

Sukkini qanda şəkərin tənzimlənməsinə kömək edir, qidalı liflərlə zəngindir, insanı uzun müddət ərzində tox saxlayır. Bütün bunlar şəkərli diabet xəstələri üçün çox vacib olan amillərdir.

Bundan əlavə sukkini qaraciyər üçün də çox faydalıdır, arıqlamağa kömək edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir, dərinin vəziyyətini yaxşılaşdırır.

Sukkini asan mənimsənilir və bu səbəbdən kiçik yaşlı uşaqların menyusuna əlavə qida kimi əlavə oluna bilər.
Xəbər Lenti Giriş Populyar Reklam