Rusiya ilə hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən sədri və tərkibi dəyişib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Rusiya ilə hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən sədri və tərkibi dəyişib

Rusiya ilə hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən sədri və tərkibi dəyişib

Müəllif: Gulnare
//
25 iyun 2018
//
//

Rusiya ilə hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən sədri və tərkibi dəyişib

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.



APA-nın məlumatına görə, sərəncama əsasən Komissiyanın sədri və tərkibi dəyişib.



Komissiyanın sədri iqtisadiyyat naziri, Komissiyanın üzvləri energetika nazirinin, əmək və əhalinin sosial müdafiəsi nazirinin, fövqəladə hallar nazirinin, gənclər və idman nazirinin, xarici işlər nazirinin, kənd təsərrüfatı nazirinin, mədəniyyət nazirinin, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin, səhiyyə nazirinin və təhsil nazirinin müavinləri, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Gömrük Komitəsi sədrinin, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin və Dövlət Sərhəd Xidməti rəisinin müavinləri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin ediliblər.



Xarici İşlər Nazirliyinə Komissiyanın tərkibində edilən dəyişikliklər barədə Rusiyaya tərəfinə bildiriş göndərmək tapşırılıb.



Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının sədri baş nazirin birinci müavini Yaqub Eyyubov olub.
Xəbər Lenti Giriş Populyar Reklam