Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub - YENİLƏNİB » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub - YENİLƏNİB

Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub - YENİLƏNİB

Müəllif: Gulnare
//
25 Haziran 2018
//
//

Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub - YENİLƏNİB


25.06.2018

08:40

Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub.

Xeberleragentliyi.com APA-ya istinadən bildirir ki, seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə tamamilə prezident üsul-idarəsinə keçib.

Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları "Cümhur İttifaqı" 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın (10.07-45 mandat) qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

-----------------

24.06.2018

22:26

İlkin hesablamalara görə seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 54,58 faiz səs toplayıb.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) xəbər verir.

YSK bildirib ki, hazırda səslərin 78,11%-i hesablanıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə - 29,71% səs, yeni qurulan "İyi parti"nin namizədi Meral Akşener 7.48%, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlaheddin Dəmirtaş - 7,12%, "Səadət" partiyasının (SP) namizədi - Temel Karamollaoğlu 0,91% və "Vətən" partiyasının namizədi - Doğu Perinçek 0,20% səs toplayıblar.

Məlumatda həmçinin qeyd olunur ki, parlament seçkilərində "Milli Birlik" (Cumhur İttifakı) adlı blok (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası [MHP]) 56% səslə liderlik edir.

Qeyd edək ki, bu gün Türkiyədə keçirilən prezident və parlament seçkiləri yerli vaxtla saat 17:00-da başa çatıb.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

----------

20:28

İlkin hesablamalara görə seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğan 59,92 faiz səs toplayıb.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) mesajında ​​deyilir.

Xəbərdə deyilir ki, hazırda səslərin 18.61%-i sayılıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə - 26.53 % səs, yeni qurulan "Yaxşı Partiyadan" namizəd Meral Akşener 7.72%, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlaheddin Dəmirtaş - 5.50%, "Səadət" partiyası (SP) namizədi - Temel Karamollaoğlu 0,94% və "Vatan" (Vətən partiyası) namizədi - Doğu Perinçek 0,18% səs toplayıblar.

Məlumatda həmçinin deyilir ki, "Milli Birlik" (Cumhur İttifakı) adlı (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası (MHP) bloku 65.42% səslə parlament seçkilərində liderdir.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00-da Türkiyədə parlament və prezident seçkiləri başa çatıb.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

----------

18:25

Bu gün Türkiyədə keçirilən parlament və prezident seçkiləri sona çatdı. Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) məlumatına görə, səsvermənin ilkin nəticələri yerli vaxtla saat 21.00-da elan ediləcək.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, Türkiyədə yaşlı seçicilər və əlil vətəndaşlar üçün mobil seçki məntəqələri yaradıldı.

Mobil seçki məntəqələri Türkiyənin tarixində ilk dəfə seçkilərdə tətbiq olunur.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam