Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

Müəllif: Gulnare
//
23 iyun 2018
//
//

Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq


Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsi fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.



"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.



Onun sözlərinə görə, mövcud gömrük-keçid məntəqəsi qalmaq şərti ilə onun yanında yeni gömrük buraxılış məntəqəsi tikiləcək: "Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".



A.Abasov qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam