Salah Çeçenistanın fəxri vətəndaşı oldu » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Salah Çeçenistanın fəxri vətəndaşı oldu

Salah Çeçenistanın fəxri vətəndaşı oldu

Müəllif: Gulnare
//
23 iyun 2018
//
//

Salah Çeçenistanın fəxri vətəndaşı oldu


Misir yığmasının hücumçusu Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı seçilib.

Xeberleragentliyi.com apasport.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın başçısı Ramazan Kadırov VK hesabında paylaşım edib.

"Məhəmməd Salah - Çeçenistan Respublikasının fəxri vətəndaşıdı. Misir millisi və "Liverpul"un böyük futbolçusunun bu ada layiq görülməsiylə bağlı fərman vermişəm. Misir yığmasının şərəfinə təşkil olunan yeməkdə isə ona fərmanın surətini və rozet təqdim etdim. Salah bu ada layiqdi. Minlərlə uşaq, yeniyetmə, həmçinin yaşlı nəslin nümayəndələri dünyanın ən yaxşı futbolçularından birini görmək, onunla ünsiyyətə girmək imkanı əldə etdi", - Kadırov vurğulayıb.

Qeyd edək ki, dünya çempionatında geridə qalan iki turdan sonra Məhəmməd Salahın formasını geydiyi Misir yığmasının aktivində 0 xal var. Komanda qrup mərhələsinin sonuna bir tur qalmış mundialla vidalaşıb.
Xəbər Lenti Giriş Populyar Reklam