İki yük maşını toqquşdu: ölən və yaralanan var » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İki yük maşını toqquşdu: ölən və yaralanan var

İki yük maşını toqquşdu: ölən və yaralanan var

Müəllif: Anar
//
24 noyabr 2012
//
//

İki yük maşını toqquşdu: ölən və yaralanan var

Bu gün Kürdəmir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Bakı - Qazax yolunun 158-ci km-də vətəndaşa məxsus “KamAZ” markalı yanacaq daşıyan avtomobil ilə "Shacman" markalı yük avtomobili toqquşub. Nəticədə “KamAZ” markalı yük avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. "Shacman" markalı avtomobilin sürücüsü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər “KamAZ”dan ətrafa dağılmış yanacağı yuyub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam