Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək

Müəllif: Gulnare
//
19 Haziran 2018
//
//

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək


Ankara Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək.

Xeberleragentliyi.com-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Qeyd edək ki, ötən gün ABŞ Senatı 2018-ci il üçün müdafiə büdcəsinin layihəsini qəbul edib və bu büdcə layihəsində Türkiyənin F-35 qırıcılarının istehsalı prosesində iştirakının dayandırılması nəzərdə tutulub. Bu addım rəsmi Ankaranın S-400 komplekslərini almaq niyyəti ilə əlaqələndirilib.

M.Çavuşoğlu bildirib ki, sünu böhranlar yaratmaq Qərbin tərzidir: "Onlar hesab edir ki, istəsələr satacaqlar, istəməsələr də satmaya bilərlər. Türkiyə bu cür münasibətlər sistemindən çıxıb. Hansı qanunlara əsasən S-400 alınmasına görə sanksiya tətbiq etməyə hazırlaşırsınız? Bu, düzgün yanaşma deyil və münasibətlərdə böhrana gətirib çıxaracaq. Biz S-400 almışıq, gəlin mövzunu bağlayaq".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam