Moskvada Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Moskvada Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub

Moskvada Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub

//
24 Kasım 2012
//
//

OXUNUB:363
Moskvada Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub



Rusiya paytaxtında dahi Azərbaycan mütəfəkkiri, yazıçı Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, açılış mərasimi abidənin qoyulduğu M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında keçirilib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı ilə keçirilən mərasimdə açılış nitqi ilə çıxış edən kitabxananın baş direktoru Yekaterina Qenieva M.F. Axundovun abidəsinin Moskvada ucaldılmasını iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında bu günün iki xalqın mədəni tarixində mühüm rola oynadığını söyləyib: “Bu gün Azərbaycan və Rusiya xalqlarının dostluq köklərini qoyan bir insanın abidəsinin açılışıdır. Əminliklə deyə bilərəm ki, yeni nəsil Mirzə Fətəli Axundov kimi dahi insanın gördüyü işləri unutmur”. Səfir dahi azərbaycanlının heykəlinin dünyanın mədəniyyət paytaxtlarının birində ucaldılmasının çox vacib hadisə olduğunu söyləyib. Diplomat bu ideyanın həyata keçirilməsinə göstərdikləri səylərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirib.

Daha sonra M. F. Axundovun abidəsinin müəllifi, gənc azərbaycanlı heykəltəraş, V.İ. Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun məzunu, məşhur heykəltəraş Aleksandr Rukavişnikovun tələbəsi Zaur Rzayev çıxış edib. Heykəltəraş dahi Axundov obrazının yaradılmasında xalq rəssamı Tahir Salahovdan məsləhət aldığını söyləyib. Z. Rzayev abidənin Moskvada ucaldılmasına göstərdiyi köməyə görə, Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürünü bildirib.

Açılış mərasimində çıxış edən məşhur rus şairi, Rusiya İctimai Palatanın üzvü Andrey Dementyev M.F. Axundoovun Azərbaycan və Rusiya, Azərbaycan və dünya arasında böyük körpü olduğunu söyləyib.

Daha sonra mərasim dahi mütəfəkkirin 200 illik yubileyinə həsr olunan “Çeloveçeskiy razum, etot bojestvenniy dar” (“İnsan Əqli, Allah vergisidir”) kitabın təqdimatı ilə davam etdirilib. Kitabı tərtib edən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, AMEA Əlyazmalar institutunun əməkdaşı Fərid Ələkbərli və M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının Şərq Mədəniyyəti Mərkəzinin direktoru İlya Zaytsev Azərbaycan və rus dilində hazırlanan kitabdan danışıblar.

Qeyd edək ki, açılış mərasimində İran İslam Respublikasının Rusiyadakı səfiri Mahmud Reza Səcədi və Moskvada akkrediti olunmuş digər diplomatik korpusların nümayəndələri iştirak ediblər.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam