Qubada iri və xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Qubada iri və xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb

Qubada iri və xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb

Müəllif: Gulnare
//
19 iyun 2018
//
//

Qubada iri və xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb


Qubada oğurluq faktının üstü açılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırda buynuzlu heyvanlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Mahir Həsənov olduğu müəyyən edilib.



Aparılan araşdırmalar nəticəsində onun digər oğurluqlar da törətdiyi məlum olub. Belə ki, M.Həsənov 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırda buynuzlu heyvanı oğurlaması da müəyyən edilib.



Dindirilmə zamanı M.Həsənov törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanları Quba rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.



Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Xəbər Lenti Giriş Populyar Reklam