Motorola Intel bazasında yeni Android-smartfon buraxır » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Motorola Intel bazasında yeni Android-smartfon buraxır

Motorola Intel bazasında yeni Android-smartfon buraxır

//
24 noyabr 2012
//
//

Motorola Intel bazasında yeni Android-smartfon buraxır


Motorola, Intel və China Mobile şirkətləri bu gün Intel Atom prosessorlarının bazası əsasında Android əməliyyat sistemli yeni Motorola MT788 smartfonunun buraxılmasını açıqlayıblar. Xatırladaq ki, indiyədək Motorola Mobility əsasən ARM çipli Android-smartfonlarla məşğul olub. Yeni aparat sonuncu nəsil Atom prosessorlarının bazasında yaradılıb və burada mərkəzi prosessor qurğusunun takt tezliyi 2 giqahers təşkil edir. Cihaz yalnız Çində və yalnız China Mobile operatorunun şəbəkəsində satılacaq. Əməliyyat sistemi qismində burada Android 4.0-dən istifadə olunur.
Smartfonun qeyri-adi funksiyaları arasında 30 kadradək ardıcıl fotoşəkil çəkilişinin mümkünlüyünü qeyd etmək olar ki, bu da hərəkətdə olan obyektlərin çəkilişi zamanı əhəmiyyət kəsb edir. Yeni model geniş dinamik diapazon (HDR) və gecə çəkilişi rejimi daxil olmaqla 12 rejimdə işləyə bilir. Bundan başqa, smartfon videonun FullHD 1080р formatında yazılmasını və göstərməsini dəstəkləyir,
Motorola MT788-in korpusu alümindən hazırlandığından xüsusi möhkəmliyi ilə seçilir. 4,3 diaqonallı ekran zərbə və cızılmadan qorunmaq üçün xüsusi Corning Gorilla Glass şüşəsi ilə təchiz edilib. Motorola MT788 smartfonu istifadəçilərin optimal model seçmələri üçün iki variantda (Licorice və Ultra White) təqdim edilir.
Xəbər Lenti Giriş Populyar Reklam