Avropa Liqası: 1/16 finala daha 13 vəsiqə » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Avropa Liqası: 1/16 finala daha 13 vəsiqə

Avropa Liqası: 1/16 finala daha 13 vəsiqə

Müəllif: Anar
//
23 noyabr 2012
//
//

Avropa Liqası: 1/16 finala daha 13 vəsiqə

Noyabrın 22-də keçirilmiş V tur qarşılaşmalarından sonra növbəti mərhələyə yüksələnlərin sayı 19-a çatıb.

Daha öncə H qrupundan “Rubin” (Rusiya) və “İnter” (İtaliya), K qrupundan “Bayer” (Almaniya) və “Metallist” (Ukrayna), İ qrupundan “Lion” (Fransa), L qrupundan isə “Hannover” (Almaniya) klubları bu vəsiqələrə yiyələnmişdilər. Son tur öncəsi isə A qrupundan “Anji” (Rusiya), B qrupundan “Atletiko” (İspaniya) və “Viktoriya” (Çexiya), C qrupundan “Fənərbağça” (Türkiyə) və “Borussiya” (Mönhenqladbax, Almaniya), D qrupundan “Bordo” (Fransa) və “Nyukasl” (İngiltərə), F qrupundan “Napoli” (İtaliya) və “Dnepr” (Ukrayna), G qrupundan “Genk” (Belçika), İ qrupundan “Sparta” (Çexiya), J qrupundan “Latsio” (İtaliya) və L qrupundan “Levante” (İspaniya) da mərhələ adlayıblar.

Qeyd edək ki, qalan 13 vəsiqənin taleyinə dekabrın 6-da keçiriləcək sonuncu turun oyunlarından sonra aydınlıq gələcək.
Xəbər Lenti Giriş Populyar Reklam