Bərdədə avtomobillə 59 yaşlı kişini vuran sürücü qaçıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bərdədə avtomobillə 59 yaşlı kişini vuran sürücü qaçıb

Bərdədə avtomobillə 59 yaşlı kişini vuran sürücü qaçıb

Müəllif: Gulnare
//
14 iyun 2018
//
//

Bərdədə avtomobillə 59 yaşlı kişini vuran sürücü qaçıb

Bərdədə yolu keçən 59 yaşlı kişini maşın vurub.



APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə Təzə Bazar adlanan ərazidə baş verib. Rayonun Şörəli kənd sakini Axundov Habil Sabir oğlu yolu keçən zaman avtomobillə vurulub.



Sürücü piyadanı vurandan sonra avtomobillə hadisə yerindən qaçıb.



Xəsarət alan H.Axundov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onun bud sümüyünün sındığı bildirilib.



Faktla bağlı araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam