İran prezidenti anbarlardakı malların bazara çıxarılması barədə göstəriş verib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İran prezidenti anbarlardakı malların bazara çıxarılması barədə göstəriş verib

İran prezidenti anbarlardakı malların bazara çıxarılması barədə göstəriş verib

Müəllif: Gulnare
//
14 iyun 2018
//
//

İran prezidenti anbarlardakı malların bazara çıxarılması barədə göstəriş verib


İran prezidenti Həsən Ruhani ölkədə davam edən qiymət artımının qarşısını almaq üçün dövlət anbarlarındakı malların bazara çıxarılması təlimatını verib.



APA-nın “Milligazete”yə istinadən verdiyi məlumata görə, İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Nazirlər Şurasının iclası zamanı belə bir qərarən qəbul olunduğunu açıqlayıb. O bildirib ki, son zamanlar ölkədə baş verən qiymət artımının qarşısının alınması xüsusi nəzarətə götürülüb və İran prezidenti anbarlardakı malların əhaliyə çatdırılması üçün səlahiyyətli orqanları təlimatlandırıb.



Qeyd edək ki, ABŞ-ın mayın 8-də İranla imzalanan nüvə razılaşmasından çəkilməsindən sonra İranda bir çox məhsulların qiymətində kəskin artım baş verib. Dövlət bazardakı qeyri-sabitliyi nəzarət altına almaq üçün bütün valyutadəyişmə məntəqələrini bağlayıb və bank sistemindən kənar pul dəyişmələrini qadağan edib
Xəbər Lenti Giriş Populyar Reklam