Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib

Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib

Müəllif: Gulnare
//
14 iyun 2018
//
//

Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinə iki ölkənin birlikdə S-500 zenit-raket kompleksi hazırlamasını təklif edib.

Xeberleragentliyi.com"Report"a istinadən bildirir ki, bu barədə Türkiyə lideri "24 TV" telekanalına müsahibəsində deyib.

"Mən Putinə S-500-ləri birlikdə hazırlamağı təklif etdim", - deyə Ərdoğan bildirib. Türkiyə dövlətinin başçısı Rusiya prezidentinin cavabı barədə danışmayıb. Türkiyə rəhbəri həmçinin iki dövlət başçısı arasında bu mövzuda danışıqların nə vaxt olacağını da deməyib.

"Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. İkinci və üçüncü mərhələlərdə kollektiv istehsala başlayacağıq. Həmçinin S-500-lərin də birgə istehsalı mümkündür", - deyə Ərdoğan bildirib.
Xəbər Lenti Giriş Populyar Reklam