RƏSMİ ANONS: Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri gözlənilir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » RƏSMİ ANONS: Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri gözlənilir

RƏSMİ ANONS: Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri gözlənilir

Müəllif: Gulnare
//
13 iyun 2018
//
//

RƏSMİ ANONS: Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri gözlənilir


Dövlət Gömrük Komitəsi (DGK) gömrük qanunvericiliyi strukturunun təkmilləşdirilməsini davam etdirmək niyyətindədir.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov deyib.

S.Muxtarov bildirib ki, DGK öz fəaliyyətini təkmilləşdirmək üçün mütəmadi olaraq tədbirlər görür:

"Hazırda Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri hazırlanır. Bu dəyişikliklər, o cümlədən Komitənin strukturuna daxil olan orqanlarda aparılacaq və gömrük sahəsində idarəetmə sisteminin modernləşdirilməsinə istiqamətlənib. Qanunvericiliyə gəlincə, gömrük rəsmiləşdirməsi zamanı sərf olunan vaxta qənaət üzrə işlərimizi davam etdirmək istəyirik".
Xəbər Lenti Giriş Populyar Reklam