Yeni nazirin qadın müşaviri » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Yeni nazirin qadın müşaviri

Yeni nazirin qadın müşaviri

Müəllif: Gulnare
//
13 iyun 2018
//
//

Yeni nazirin qadın müşaviri


Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub.

Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, nazir İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib.

Ş.Məmmədova ADA Universitetinin "Biznesin idarə edilməsi" fakültəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.

O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən "İKT-də Qadınlar Klubu"nun həmtəsisçisidir.
Xəbər Lenti Giriş Populyar Reklam