“Burda qan var” - Şabranda baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Burda qan var” - Şabranda baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

“Burda qan var” - Şabranda baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Müəllif: Gulnare
//
13 iyun 2018
//
//

“Burda qan var” - Şabranda baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ


Şabranda yol qəzası baş verib.

Xeberleragentliyi.com ARB TV-yə istinadən xəbər verir ki, Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı "Mercedes" markalı yük maşını eyni markadan olan minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan Şabran sakinləri Anar Həmidli, Məcnun Quliyev və Sadiq Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onlara müvafiq tibbi yardım göstərilib.

Xəstəxanadan bildirilib ki, yaralılardan sürücü Anar Həmidli kəllə-beyin travması aldığından vəziyyəti ağır qiymətləndirilir. Digər iki yaralının xəsarətləri isə nisbətən yüngüldür.

Hadisə şahidi: "Kənddən çıxırmış, toqquşublar. Maşınlar kalonla gəlirdi. Toqquşub, motor gedib düşüb arxın içinə. Qan var burda. Uşaqları da aparıblar xəstəxanaya. İndi biz də gedirik ora".

Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər Lenti Giriş Populyar Reklam