Məmmədyarov qələbə ilə başlayıb, heç-heçə ilə bitirdi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Məmmədyarov qələbə ilə başlayıb, heç-heçə ilə bitirdi

Məmmədyarov qələbə ilə başlayıb, heç-heçə ilə bitirdi

Müəllif: Gulnare
//
13 iyun 2018
//
//

Məmmədyarov qələbə ilə başlayıb, heç-heçə ilə bitirdi


Belçikanın Lyoven şəhərində "Grand Chess Tour" seriyasının I mərhələsinə start verilib.

Xeberleragentliyi.com apasport.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışda mübarizə rapid növü ilə başlayıb.

Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov ilk 3 turda 3 xal toplayıb. Vişvanatan Ananda (Hindistan) qalib gələn qrossmeysterimiz Uesli Soya (ABŞ) uduzub. O, günün son matçında isə Aniş Qiri (Hollandiya) ilə heç-heçə edib.

İlk günün yekununa əsasən So vahid liderdi. O, 5 xala malikdi. Məmmədyarov isə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, yarışda 10 şahmatçı mübarizə aparır. İştirakçılar mərhələnin ilk 3 günündə rapid, son 2 günündə blits oynayacaqlar.
Xəbər Lenti Giriş Populyar Reklam