Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrıldı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrıldı

Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrıldı

Müəllif: Anar
//
23 noyabr 2012
//
//

Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Pirallahı qəsəbəsinin sosial-iqtisadi inkişafına dair tədbirlər haqqında sərəncam imzalayıb.

AzərTAc-ın verdiyi məlumata görə, sərəncamla Bakı şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı, 16 min nəfər əhalisi olan Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam