Lavrov Tramp-Kim görüşünə münasibət bildirdi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Lavrov Tramp-Kim görüşünə münasibət bildirdi

Lavrov Tramp-Kim görüşünə münasibət bildirdi

Müəllif: Gulnare
//
12 iyun 2018
//
//

Lavrov Tramp-Kim görüşünə münasibət bildirdi

ABŞ və Şimali Koreya liderlərinin görüşünün yekunları ilə bağlı sənədlər hələ dərc olunmayıb. Lakin görüşün olması faktı müsbətdir.

Xeberleragentliyi.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Sinqapurda keçirilən görüşü şərh edərkən bildirib.

"Biz də sizin kimi televizora baxırıq, hər iki tərəfin verdiyi şərhləri izləyirik. Sənədləri görməmişik. Məncə, onlar hələ dərc olunmayıb. Lakin görüş faktı, əlbəttə ki, müsbətdir", - Lavrov jurnalistlərin sualına cavabında vurğulayıb.
Xəbər Lenti Giriş Populyar Reklam