4 futbolçu azarkeşlərin hücumuna görə müqavilələrini ləğv etdi - FOTO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » 4 futbolçu azarkeşlərin hücumuna görə müqavilələrini ləğv etdi - FOTO

4 futbolçu azarkeşlərin hücumuna görə müqavilələrini ləğv etdi - FOTO

Müəllif: Gulnare
//
12 iyun 2018
//
//

4 futbolçu azarkeşlərin hücumuna görə müqavilələrini ləğv etdi - FOTO

Portuqaliyanın "Sportinq" klubunun 4 futbolçusu komandanı tərk edib.

Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, bunlar Jelson Martinş, Bas Dost, Vilyam Karvalyu və Brunu Fernandeşdir. Oyunçular təktərəfli qaydada müqavilələrini pozublar.

Buna səbəb klub azarkeşlərinin məşq bazasında komandanın futbolçularına və məşqçilər heyətinə hücum etməsidir. Futbolçular bu hadisədə klub rəhbərliyini günahlandırırlar.

Qeyd edək ki, daha öncə qapıçı Ruy Patrisiu və Daniel Podense də klubla müqavilələrini ləğv edib.
Xəbər Lenti Giriş Populyar Reklam