Bir ailənin 6 üzvü qəzaya düşdü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bir ailənin 6 üzvü qəzaya düşdü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Bir ailənin 6 üzvü qəzaya düşdü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Müəllif: Gulnare
//
12 iyun 2018
//
//

Bir ailənin 6 üzvü qəzaya düşdü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR


Zaqatalada bir ailənin 6 üzvünün xəsarət aldığı yol qəzası olub.

Xeberleragentliyi.com ARB TV-yə istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Tülü kənd sakini, 44 yaşlı Ramiz Seyidov "Mersedes" markalı minik avtomobili ilə Bakıdan Balakən rayonu istiqamətində gələrkən idarəetməni itirərək, yolun kənarına yuvarlanıb. Qəzadan sonra sürücü Ramiz Seyidov, onun həyat yoldaşı 37 yaşlı Aytən Seyidova, onların övladları, 18 yaşlı Xəqani, 17 yaşlı Sənan, Ramizin bacısı 42 yaşlı Esmira Məmmədova və qızı 4 yaşlı Fatimə Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə müayinə və müalcələrini davam etdirmələri üçün Balakən MRX-a göndəriliblər. 4 yaşlı Fatimə Məmmədova reanimasiya, Ramiz Seyidov və Esmira Məmmədova isə cərrahiyə şöbəsinə yerləşdirliblər.

Digər yaralıların vəziyyətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Şaban Ramazanov - Həkim: "Xəstələrdən birində alın nayihəsinin əzilmiş-cırılmış xəsarəti qeydə alınmışdı. Xəstəyə ilk müalicə olundu, yarası bərpa olundu və ambulator müalicəyə göndərildi. Qalanlarının vəziyyəti isə normaldır".
Xəbər Lenti Giriş Populyar Reklam