Tramp və Kim Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılığa gəlib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Tramp və Kim Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılığa gəlib

Tramp və Kim Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılığa gəlib

Müəllif: Gulnare
//
12 iyun 2018
//
//

Tramp və Kim Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılığa gəlib


Koreya Xalq Demokratik Respublikası və ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair razılığa gəlib.

Xeberleragentliyi.com APA-ya istinadən xəbər verir ki, Tramp və Kim Çen In arasında görüşün yekunlarına dair imzalanmış sənədə əsasən KXDR Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlik götürüb.

Tramp da bunun qarşılığında KXDR-in təhlükəsizliyinin təminatına dair söz verib.

Kim və Tramp 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölmüş amerikalı hərbiçilərin qalıqlarının axtarılması barədə razılığa gəliblər.

Sammit çərçivəsində imzalanmış yekun sənəddə o da qeyd edilib ki, ABŞ və KXDR sülh və yeni əməkdaşlığa hazırdır.
Xəbər Lenti Giriş Populyar Reklam