Cəbhədə növbəti TƏXRİBAT: pulemyotlar işə düşdü » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Cəbhədə növbəti TƏXRİBAT: pulemyotlar işə düşdü

Cəbhədə növbəti TƏXRİBAT: pulemyotlar işə düşdü

Müəllif: Gulnare
//
12 iyun 2018
//
//

Cəbhədə növbəti TƏXRİBAT: pulemyotlar işə düşdü


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı cdan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozub.

Xeberleragentliyi.com xeber verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Baş Qərvənd, Cəvahirli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Xəbər Lenti Giriş Populyar Reklam