QİƏT ölkələrinin QHT-ləri Bakıda toplaşır » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » QİƏT ölkələrinin QHT-ləri Bakıda toplaşır

QİƏT ölkələrinin QHT-ləri Bakıda toplaşır

Müəllif: Anar
//
23 noyabr 2012
//
//

QİƏT ölkələrinin QHT-ləri Bakıda toplaşır

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumu (təsis yığıncağı) keçiriləcək. Bu barədə Şuranın mətbuat xidmətindən məlumat verilib.

Forumda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstanın nüfuzlu QHT-lərinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, yerli hökumət və QHT nümayəndələri iştirak edəcəklər. Forumda qurumun Nizamnaməsinin və yekun sənəd olaraq Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Forumun təşkilində məqsəd quruma üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının potensialının səfərbər edilməsidir.
Xəbər Lenti Giriş Populyar Reklam