Bakıda Milli Səhiyyə Forumu keçiriləcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda Milli Səhiyyə Forumu keçiriləcək

Bakıda Milli Səhiyyə Forumu keçiriləcək

Müəllif: Gulnare
//
11 iyun 2018
//
//

Bakıda Milli Səhiyyə Forumu keçiriləcək


İyunun 16-da Bakıda Azərbaycanda ilk dəfə olaraq Milli Səhiyyə Forumu təşkil olunacaq.

APA-nın xəbərinə görə, PROAKTİV şirkətinin təşkilatçılığı, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə keçiriləcək forum 17 iyun-tibb işçilərinin peşə bayramına həsr olunub.



Layihənin məqsədi dövlət və özəl sektorda tibb sahəsində çalışan həkim, tələbə və rezidentləri toplayaraq bu önəmli günü təntənəli qeyd etmək, eyni zamanda tibb sahəsindəki ən son yeniliklərin müzakirə olunması üçün yeni müstəvi yaratmaqdır.



Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun-tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Xəbər Lenti Giriş Populyar Reklam