ABŞ diplomatı: “Azərbaycanlı məcburi köçkünlərə 112 milyon dollardan çox yardım etmişik” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » ABŞ diplomatı: “Azərbaycanlı məcburi köçkünlərə 112 milyon dollardan çox yardım etmişik”

ABŞ diplomatı: “Azərbaycanlı məcburi köçkünlərə 112 milyon dollardan çox yardım etmişik”

Müəllif: Gulnare
//
08 iyun 2018
//
//

ABŞ diplomatı: “Azərbaycanlı məcburi köçkünlərə 112 milyon dollardan çox yardım etmişik”


"Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən bəri ABŞ azərbaycanlı məcburi köçkünlərə 112 milyon dollardan çox yardım edib".


APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil deyib.

V. Gil bildirib ki, ABŞ-ın məqsədi azərbaycanlıların arzuladığı daha firavan, sabit gələcək qurmaqda onlarla əməkdaşlıq etməkdir: "Bildiyiniz kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk qrupu prosesinin həmsədri olmaqla, proses çərçivəsində münaqişənin sülh yolu ilə həlli üçün tərəfləri bir araya gətirərək həll yolunun tapılması istiqamətində işlər görür. Amma eyni zamanda, məcburi köçkün əhalisinin ehtiyacları var ki, bu ehtiyaclar təmin edilməlidir və şadıq ki, məcburi köçkünlərə yönəlmiş uğurlu fəaliyyət həyata keçirə bilirik".
Xəbər Lenti Giriş Populyar Reklam