2 nəfər hündürlükdən yıxılıb öldü » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » 2 nəfər hündürlükdən yıxılıb öldü

2 nəfər hündürlükdən yıxılıb öldü

Müəllif: Anar
//
23 noyabr 2012
//
//

 2 nəfər hündürlükdən yıxılıb öldü

Noyabrın 22-də Bakı şəhərinin Səbail rayonu ərazisində bədbəxt hadisə baş verib.

Rayon Prokurorluğundan verilən məlumata görə, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi 100 ünvanındakı tikinti sahəsində 29 yaşlı fəhlə Pərviz İsmayılov hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri almış gənc ölüb.

Oxşar hadisə paytaxtın Suraxanı rayonunda da qeydə alınıb. Rayonun Bülbülə qəsəbəsində 1967-ci il təvəllüdlü Kərimov Dağbəyi Nəsib oğlu evində təmir işləri apararkən yıxılıb. 45 yaşlı kişi su çəninin üstündən yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb. O, 3 saylı şəhər xəstəxanasında ölüb.

Hər iki faktla əlaqədar araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam