"Bu, prezident İlham Əliyevdən Ermənistan üçün ciddi xəbərdarlıq idi" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Bu, prezident İlham Əliyevdən Ermənistan üçün ciddi xəbərdarlıq idi"

"Bu, prezident İlham Əliyevdən Ermənistan üçün ciddi xəbərdarlıq idi"

Müəllif: Gulnare
//
07 iyun 2018
//
//

"Bu, prezident İlham Əliyevdən Ermənistan üçün ciddi xəbərdarlıq idi"


"Prezident İlham Əliyev iftar süfrəsindəki çıxışında Dağlıq Qarabağ məsələsinə dair öz prinsipial mövqeyini bir daha ortaya qoydu. Bu, Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi və Ermənistanı konstruktiv fəaliyyətə dəvət məsələləridir. Dövlət başçısının söylədikləri, əslində, Ermənistan üçün ciddi xəbərdarlıq idi".

Xeberleragentliyi.com xeber verir ki, Bu barədə açıqlamasında Milli Məclisdə komitə sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Prezident İlham Əliyevin iyunun 6-da müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəs ilə bağlı fikirlərini şərh edərkən bildirib. Millət vəkili qeyd edib ki, əgər Ermənistan xoş günlərə çıxmaq istəyirsə, onun indiki rəhbərliyi əvvəlkilərin səhvini təkrarlamamalıdır: "Ermənistanda hakimiyyət sosial etiraz nəticəsində dəyişdi və cəmiyyət əvvəlki hakimiyyətin fəaliyyətindən narazı olduğunu konkret şəkildə ortaya qoydu. Hazırda orda indiki hakimiyyətdən gözləntilər çoxdur. İlk növbədə, gözləyirlər ki, Dağlıq Qarabağ problemi həll edilsin, sosial vəziyyət yaxşılaşsın, qonşu dövlətlərlə münasibətlər normallaşsın. Prezident İlham Əliyev çıxışında tamamilə düzgün vurğuladı ki, onun vaxtilə Ermənistana 20 il ərzində kriminal xunta rejimi rəhbərlik etdiyi, eləcə də Ermənistanın səhv siyasət yürüməsi haqda dediklərini indi erməni xalqı da deyir. Ermənistandakı yeni hakimiyyət, ilk növbədə, cəmiyyətin səsini eşitməli və bu ölkəni uçuruma aparan siyasi xətdən imtina etməlidir. Bunu edib-etməyəcəyini gələcək göstərəcək. Azərbaycan ümid edir ki, Ermənistanın indiki rəhbərliyi əvvəlkilərin buraxdığı səhvləri etməyəcək. Yox, əgər əvvəlki siyasi xətt davam etdiriləcəksə, Ermənistanın vəziyyəti daha da pisləşəcək. Ermənistan özününü minillərdən sonra təsadüfən qazandığı müstəqilliyini böyük bir sual altına atacaq".Ona görə də Ermənistan yaranmış vəziyyətdən düzgün çıxış yolunu tapmalıdır: "Azərbaycanda aparılan düzgün dövlətçilik siyasəti bu gün onun dövlət kimi möhkəmlənməsinə, iqtisadi cəhətdən qüdrətlənməsinə, beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına gətirib çıxarıb. Problemi həll etmək üçün Azərbaycanın həm siyasi iradəsi həm də güclü hərbi potensialı var. Cəmi 2 il bundan əvvəl aprel hadisələri Azərbaycanın hərbi gücünü ortaya qoydu. Əgər Ermənistan daha ağır vəziyyətə düşmək istəmirsə, işğal siyasətindən əl çəkməli və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Cənab Prezidentin də bununla bağlı çıxışı Ermənistan üçün çox ciddi bir xəbərdarlıq oldu. Ermənistan ya situasiyadan çıxış yolunu tapmalı, yaxud da əvvəlki yolu davam etdirərək daha ağır vəziyyətə düşməlidir.
Ermənistanın baş naziri, hələ ki, Nikol Paşinyan təşkilati işlərlə, kadrlarını yerləşdirməklə məşğuldur. Onun verdiyi bəyanatlar da hələ ki ziddiyyətlidir. O, hələ real hakimiyyətin içində deyil. O, Dağlıq Qarabağ probleminin yükünün nə qədər ağır olduğunun məsuliyyətini hələ dərk etməyib. Bununla belə, müəyyən müddətdən sonra artıq o, Ermənistan üçün ən vacib məsələnin Dağlıq Qarabağ problemi olduğunu anlayacaq və Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılmasının vacib olduğu qənaətinə gələcək".
Xəbər Lenti Giriş Populyar Reklam