Azərbaycanda görünməmiş sevgi faciəsi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda görünməmiş sevgi faciəsi

Azərbaycanda görünməmiş sevgi faciəsi

Müəllif: Anar
//
23 Kasım 2012
//
//

Azərbaycanda görünməmiş sevgi  faciəsi

Noyabrın 22-də Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.Rayon sakini 1989-cu il təvəllüdlü İman İsmayılov Dəyirmandağ kəndi ərazisindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Qasıq nahiyəsindən ağır xəsarət almış gənc Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş rayon sakini 1979-cu il təvəllüdlü Mehman Hüseynov tutulub.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, polis tərəfindən saxlanılmış M.Hüseynov bir həftə əvvəl ailə həyatı qurub. Məlumata görə, bıçaqlanan İ.İsmayılov M.Hüseynovun ailə qurduğu qızı sevirmiş. Lakin qızın ailəsi qızı İ.İsmayılova deyil M.Hüseynova verib və bir neçə gün əvvəl kənddə toy məclisi keçirilib. Bundan sonra 23 yaşlı İ.İsmayılov depressiyaya düşüb. Noyabrın 22-də isə gənc oğlan çoxlu spirtli içki qəbul etdikdən sonra M.Hüseynovun evinə gedib. O 33 yaşlı kənd sakininə hisslərini anladıb, həmin qızı sevdiyini deyib. M.Hüseynov və ailəsi gənci sakitləşdirməyə çalışsa da, alınmayıb. Nəticədə özündən çıxan M.Hüseynov bıçağa əl atıb. O mətbəx bıçağı ilə 23 yaşlı həmkəndlisinin “pis” yerinə zərbə endirib. İkinci ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda M.Hüseynov polisin müvəqqəti saxlanma təcridxanasında, İ.İsmayılov isə xəstəxanadadır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam