Dağıstanda polis rəisi 6 milyon dollar rüşvət aldığına görə saxlanıldı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Dağıstanda polis rəisi 6 milyon dollar rüşvət aldığına görə saxlanıldı

Dağıstanda polis rəisi 6 milyon dollar rüşvət aldığına görə saxlanıldı

Müəllif: Gulnare
//
06 iyun 2018
//
//

Dağıstanda polis rəisi 6 milyon dollar rüşvət aldığına görə saxlanıldı


Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyinin təhlükəsisizlik rəisi Maqomed Xizriyev və onun polisdə yüksək vəzifənin "satışı" işi üzrə 6 milyon ABŞ dolları rüşvət verməkdə şübhəli bilinən 5 əlbiri Moskvada saxlanılıb.

Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlar vasitəçi ilə vəzifəli şəxsə külli miqdarda rüşvət vermək və rüşvət verilməsinə vasitəçilik etmək maddələri üzrə cinayət törətməkdə şübhəli bilinirlər.

İstintaqın versiyasına görə, 2017-ci ilin yazında Xizriyev əlbir olduğu şəxslərə əvvəlcədən razılaşdırılmış rüşvətin bir hissəsini - 2 milyon ABŞ dolları məbləğində nağd pul verib. Qanunsuz mükafatlandırmanın ümumi məbləği isə 6 milyon ABŞ dollar olub.
Xəbər Lenti Giriş Populyar Reklam