Avroparlamentari: "Aİ Azərbaycana lazımi diqqəti və dəstəyi göstərməlidir" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Avroparlamentari: "Aİ Azərbaycana lazımi diqqəti və dəstəyi göstərməlidir"

Avroparlamentari: "Aİ Azərbaycana lazımi diqqəti və dəstəyi göstərməlidir"

Müəllif: Gulnare
//
06 iyun 2018
//
//

Avroparlamentari: "Aİ Azərbaycana lazımi diqqəti və dəstəyi göstərməlidir"


Azərbaycan beynəlxalq daşımalar və turizm üçün getdikcə daha vacib qovşağa çevrilir və enerji sektorunda artan rolu daha böyük əhəmiyyət daşıyır.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin beynəlxalq ticarət komitəsinin sədr müavini Yan Zahradil deyib.

O bildirib ki, Azərbaycan Şərqlə Qərb arasında ehtiyatlar üçün rəqabətin müşahidə olunduğu regionda yerləşir:

"Azərbaycan Şərq-Qərb kimi vacib enerji dəhlizinin başlanğıc nöqtəsidir".

Y.Zahradil əlavə edib ki, "Cənub Qaz Dəhlizi" kimi vacib geosiyasi layihə Avropa üçün yeni enerji mənbəyi açacaq:

"Avropa İttifaqı Azərbaycanın etibarlı və stabil tərəfdaş qismində strateji geosiyasi əhəmiyyətini diqqətdən kənar qoya bilməz. Bu ölkəyə lazımi diqqəti və dəstəyi göstərmək lazımdır. Razılaşdırılmış, birtərəfli qətnamələr uzunmüddətli strateji tərəfdaşlıq sazişləri ilə əvəz edilməlidir. Hesab edirəm ki, Azərbaycan buna hazırdır və Avropanın da buna hazır olduğunu ümid edirəm".
Xəbər Lenti Giriş Populyar Reklam