İlham Əliyev sərəncam imzaladı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Müəllif: Gulnare
//
06 iyun 2018
//
//

İlham Əliyev sərəncam imzaladı


Prezident İlham Əliyev iyunun 5-də "Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında" sərəncam imzalayıb.

Xeberleragentliyi.com xəbər verir ki, Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam