Ceyhun Bayramov: ""Sahibkar universitet" modeli hazırda daha da aktullaşır" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ceyhun Bayramov: ""Sahibkar universitet" modeli hazırda daha da aktullaşır"

Ceyhun Bayramov: ""Sahibkar universitet" modeli hazırda daha da aktullaşır"

Müəllif: Gulnare
//
05 Haziran 2018
//
//

Ceyhun Bayramov: ""Sahibkar universitet" modeli hazırda daha da aktullaşır"


Hazırda universitetlərdə və elmi təşkilatlarda ümumilikdə 33 mindən artıq alim elmi tədqiqatlarla məşğul olur.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Bakıda keçirilən "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Nazirin sözlərinə görə, tədqiqatla məşğul olan alimlərin 35 faizi fəlsəfə doktoru, 8 faizi elmlər doktorudur.

C.Bayramov bildirib ki, son 5 ildə Təhsil Nazirliyinin strukturunda olan universitetlərdə çalışan 9 mindən artıq professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verilib. Patent alan ixtiraların sayı isə 159-dur ki, onların 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda olub:

"İnnovativ sistemin inkişafında ən əhəmiyyətli model kimi qəbul edilən "sahibkar universitet" modeli hazırda daha da aktullaşır. Bu baxımdan son illərdə ali təhsil müəssisələrində yeni sahibkarlıq modellərinin inkişaf etdirilməsinə diqqət artırılıb".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam