Bu il 119 jurnalist həlak olub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu il 119 jurnalist həlak olub

Bu il 119 jurnalist həlak olub

Müəllif: Anar
//
23 noyabr 2012
//
//

Bu il 119 jurnalist həlak olub

2012-ci ildə 119 jurnalist öz xidməti borcunu yerinə yetirərkən həlak olub.«lenta.ru»-nun məlumatına görə, Beynəlxalq Mətbuat İnstitutunun (International Press Institute, IPI) hesabatında bu qeyd olunub.

Jurnalistlər üçün 2012-ci ildə ən təhlükəli ölkə Suriyadır. Orada 36 müxbir və başqa informasiya vasitəsinin əməkdaşı həlak olub. Sonrakı yeri Somali tutur. Orada 16 reportyor həlak olub.
İnstitutun rəyincə, ən təhlükəli bölgə Yaxın Şərq və Afrikadır.

Qurum Meksika, Pakistan və Filippini «KİV üçün ən təhlükəli dövlətlər» adlandırıb.

İnstitutun dəyərləndirməsinə əsasən, 2011-ci ildə 82, 2010-cu ildə isə 102 jurnalist həlak olub.
Xəbər Lenti Giriş Populyar Reklam