Rusiya Azərbaycana daha 4 ədəd Mi-35M tipli helikopter göndərib » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Rusiya Azərbaycana daha 4 ədəd Mi-35M tipli helikopter göndərib

Rusiya Azərbaycana daha 4 ədəd Mi-35M tipli helikopter göndərib

Müəllif: Anar
//
22 Kasım 2012
//
//

OXUNUB:306
Rusiya Azərbaycana daha 4 ədəd Mi-35M tipli helikopter göndərib

Azərbaycanın Rusiyadan satın aldığı Mi-35M tipli döyüş helikopterindən daha 4 ədədi bu günlərdə Bakıya yola salınıb.Bu barədə Rusiya saytları məlumat yayıb. Hərbi helikopterlər «Rosvertol» şirkətinin Rostov-Don şəhərindəki zavodunda istehsal edilib. Helikopterlər Bakıya An-124 «Ruslan» təyyarəsində göndərilib.


Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidməti 2010-cu ildə «Rosoboroneksport» şirkəti ilə 24 ədəd Mi-35M tipli hərbi helikopterin satın alınmasına dair müqavilə bağlayıb. Müqavilə çərçivəsində ilk helikopterlər Bakıya 2011-ci ilin dekabr ayında gətirilib. Keçmiş Sovet Mi-24 helikopterlərinin bazısında hazırlanmış Mi-35 öz manevr qabiliyyətinə, yükdaşıma imkanlarına və çoxfunksiyalılığına görə sələflərindən daha irəli gedib. Hazırda Mi-35 tipli döyüş helikopterləri dünyanın 8 ölkəsinin, Cənubi Qafqaz regionunda isə yalnız Azərbaycanın silahlanmasında yer alır.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam