“Fikrət Əmirov- 90” musiqi festivalı başladı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Fikrət Əmirov- 90” musiqi festivalı başladı

“Fikrət Əmirov- 90” musiqi festivalı başladı

Müəllif: Anar
//
22 Kasım 2012
//
//

“Fikrət Əmirov- 90” musiqi festivalı başladı

Azərbaycanın görkəmli bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar musiqi festivalına start veriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə 22-30 noyabrda nazirliyin təşkilatçılığı ilə “Fikrət Əmirov-90” Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub.

Festival çərçivəsində müxtəlif konsertlər, tədbirlər keçiriləcək, tamaşalar nümayiş olunacaq. Festivala noyabrın 22-də saat 12:00-da Fəxri Xiyabanda dahi bəstəkarın məzarının ziyarət olunması ilə start veriləcək. Həmin gün saat 19:00-da isə Heydər Əliyev Sarayında "Fikrət Əmirov- 90" Musiqi Festivalının təntənəli açılışı və qala-konsert olacaq.

Qeyd edək ki, prezident İlham Əliyevin bu ilin 6 fevralında imzaladığı sərəncamın icrasına uyğun olaraq Rusiya, Türkiyə, Macarıstan, Ukraynada, eləcə də ölkəmizin Bakı və Qəbələ şəhərlərində dahi bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər təşkil edilib.
Xəbər Lenti Giriş Populyar Reklam