Oğurladığı mal-qaranı satmaq istəyərkən saxlanıldı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Oğurladığı mal-qaranı satmaq istəyərkən saxlanıldı

Oğurladığı mal-qaranı satmaq istəyərkən saxlanıldı

Müəllif: Gulnare
//
01 iyun 2018
//
//

Oğurladığı mal-qaranı satmaq istəyərkən saxlanıldı


Şəmkir sakini oğurladığı 4 baş iribuynuzlu mal-qaranı satmağa aparan zaman saxlanılıb.

Xeberleragentliyi.com ARB TV-yə istinadla xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Kəramət Musayev naməlum şəxs və ya şəxlərin ona məxsus heyvan yatağından ümumi dəyəri 4500 manat olan 4 baş iri buynuzlu mal-qarasının oğurlandığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Mustafayev "Qazel" markalı avtomobillə Goranboy istiqamətində hərəkətdə olarkən saxlanılıb. Baxış zamanı oğurlanan heyvanlar avtomobilin yük hissəsində aşkarlanıb. Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib.
Xəbər Lenti Giriş Populyar Reklam