Azərbaycanda uşaqların SAYI AÇIQLANDI » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda uşaqların SAYI AÇIQLANDI

Azərbaycanda uşaqların SAYI AÇIQLANDI

Müəllif: Gulnare
//
01 iyun 2018
//
//

Azərbaycanda uşaqların SAYI AÇIQLANDI


1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar xüsusi diqqət, qayğı və müdafiəyə ehtiyacı olan təbəqədir.

Xeberleragentliyi.com xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu səbəbdəndir ki, səhiyyənin prioritet istiqamətlərindən biri də məhz uşaqların sağlamlığının keşiyində durmaq, yarana biləcək xəstəliklərdən onları vaxtından əvvəl qorumaqdır. Belə layihələrdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2013-cü ildə "Uşaqların İcbari Dispanserizasiyası haqqında" qanunun qəbul edilməsidir.

Qanun uşaqların sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir.

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilir.

Respublikamızda həyata keçirilən sistemli tədbirlər nəticəsində bu gün uşaqların sağlamlığının göstəricilərində müsbət dinamika müşahidə olunur.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin göstəricilərinə görə, ölkədə uşaq əhalisinin sayı 2 milyon 600 minə yaxındır. 2017-ci il ərzində ümumilikdə 2 milyon 453 min 693 uşaq dispanser qeydiyyatından keçib.

Ölkədə fəaliyyətdə olan 4 min 111 tibb müəssisəsindən 2 min 369-u uşaq əhalisinə xidmət edir.1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar xüsusi diqqət, qayğı və müdafiəyə ehtiyacı olan təbəqədir.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdəndir ki, səhiyyənin prioritet istiqamətlərindən biri də məhz uşaqların sağlamlığının keşiyində durmaq, yarana biləcək xəstəliklərdən onları vaxtından əvvəl qorumaqdır. Belə layihələrdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2013-cü ildə "Uşaqların İcbari Dispanserizasiyası haqqında" qanunun qəbul edilməsidir.

Qanun uşaqların sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir.

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilir.

Respublikamızda həyata keçirilən sistemli tədbirlər nəticəsində bu gün uşaqların sağlamlığının göstəricilərində müsbət dinamika müşahidə olunur.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin göstəricilərinə görə, ölkədə uşaq əhalisinin sayı 2 milyon 600 minə yaxındır. 2017-ci il ərzində ümumilikdə 2 milyon 453 min 693 uşaq dispanser qeydiyyatından keçib.

Ölkədə fəaliyyətdə olan 4 min 111 tibb müəssisəsindən 2 min 369-u uşaq əhalisinə xidmət edir.
Xəbər Lenti Giriş Populyar Reklam