Tbilisidən Bakıya gələn turist avtobusu “KamAZ” və "Mercedes"lə toqquşub: 18 yaralı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Tbilisidən Bakıya gələn turist avtobusu “KamAZ” və "Mercedes"lə toqquşub: 18 yaralı

Tbilisidən Bakıya gələn turist avtobusu “KamAZ” və "Mercedes"lə toqquşub: 18 yaralı

Müəllif: Gulnare
//
01 Haziran 2018
//
//

Tbilisidən Bakıya gələn turist avtobusu “KamAZ” və "Mercedes"lə toqquşub: 18 yaralı


Bakı-Qazax yolunda sərnişin avtobusu "KamAZ" markalı yük maşını və "Mercedes" markalı avtomobillə toqquşub.

Xeberleragentliyi.com APA-ya istinadən xəbər verir ki, avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.

Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

Xəsarət alanlar Hacıqabul, Şirvan və Ələtdəki xəstəxanalara çatdırılıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova isə deyib ki, qəza nəticəsində ilkin məlumatlara əsasən 18 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, xəsarət alanların vəziyyəti ağır deyil. Mətbuat xidmətinin məsləhətçisi bildirib ki, xəsarət alanlar Şirvan və Hacıqabul rayon Mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

S.Əhmədova əlavə edib ki, qəza baş verən kimi hadisə yerinə Şirvandan 4, Hacıqabuldan isə 3 təcili tibbi yardım maşını gəlib: "Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara çatdırılıblar. Qəza nəticəsində ölən olmayıb".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam