ETSN-dən maraqlı İDDİA: "Xəzərdə aparılan tədqiqatlar flora və faunaya mənfi təsir göstərir" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » ETSN-dən maraqlı İDDİA: "Xəzərdə aparılan tədqiqatlar flora və faunaya mənfi təsir göstərir"

ETSN-dən maraqlı İDDİA: "Xəzərdə aparılan tədqiqatlar flora və faunaya mənfi təsir göstərir"

Müəllif: Gulnare
//
01 Haziran 2018
//
//

ETSN-dən maraqlı İDDİA: "Xəzərdə aparılan tədqiqatlar flora və faunaya mənfi təsir göstərir"


Beş Xəzəryani ölkələrin də Xəzər dənizinin çirklənməsində payı var.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov bildirib.

Onun sözlərinə görə, Xəzər dənizini ən çox çirkləndirici axar Volqa çayıdır: "Xəzər dənizinin çirklənməsinin səbəbləri müxtəlifdir. Xəzərə istiqamətlənmiş su axarlarının gətirdiyi zərərli maddələr, istirahət edən insanların yaratdığı ekoloji yük dənizi çirkləndirir. İnsanlar istirahət qaydalarının tələblərinə riayət etməlidirlər".

Nazirlik rəsmisi deyib ki, Xəzər dənizi yalnız qeyd olunan mənbələrlə çirklənməyə məruz qalmır: "Xəzər dənizinə bu gün böyük sənaye potensiallı layihələr də təsir edir. Neft, karbohidrogen amili bu gün dənizin çirklənməsinə istər-istəməz təsir göstərir. Hər hansı blokun işlənilməsindən əvvəl orada müəyyən seysmoloji işlər və digər tədqiqatlar aparılır. Bütün bu işlər də Xəzər dənizinin flora və faunasına mənfi təsir göstərir".

M.Qəmbərov bildirib ki, Xəzər dənizinin sahil zolağının çirklənməsinin qarşısını almaq üçün nazirlik tərəfindən su axarlarının tərkibindəki çirkləndirici maddələrin idarəolunması istiqamətində tədbirlər görülür.

M.Qəmbərov əlavə edib ki, "Azərsu" ASC tərəfindən Bakı şəhərinin və ətraf ərazilərində Xəzər dənizinin sahil zolağında tam standartlara cavab verən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulmasını nəzərdə tutan geniş miqyaslı layihə işlənib başa çatdırılır: "Bu layihənin icrası başa çatdıqdan sonra tullantı sularının cüzi hissəsi də dənizin üzünü görməyəcək. Bununla yanaşı, yağış sularının idarə olunması üçün kollektor sisteminin qurulması həmin layihənin tərkib hissəsidir".
Xəbər Lenti Giriş Populyar Reklam