Sərhədi pozan 4 əcnəbi saxlanıldı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Sərhədi pozan 4 əcnəbi saxlanıldı

Sərhədi pozan 4 əcnəbi saxlanıldı

Müəllif: Gulnare
//
01 iyun 2018
//
//

Sərhədi pozan 4 əcnəbi saxlanıldı


Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

Xeberleragentliyi.com xeber verir ki, DSX-dən verilən məlumata görə, hərbi qulluqçuların Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən döv­lət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­vasının xid­məti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında "pusqu" sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azər­baycan Respublikası ərazisindən İran İslam Respublikası istiqa­mə­tində hərəkət etmələri aşkar olunub.

Sərhəd naryadı sərhəd pozucularının dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıb və həmin şəxsləri saxlayaraq sərhəd zasta­va­sına gətirib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd "Samsung" markalı, 3 ədəd "Huaԝei" markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olun­ub.

Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəl­lüdlü Hos­sain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Uni­versi­tetinin tələbələri olmaları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Xəbər Lenti Giriş Populyar Reklam