Vətəndaşların qanunsuz saxladıqları silah-sursat götürülüb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Vətəndaşların qanunsuz saxladıqları silah-sursat götürülüb

Vətəndaşların qanunsuz saxladıqları silah-sursat götürülüb

Müəllif: Gulnare
//
01 iyun 2018
//
//

Vətəndaşların qanunsuz saxladıqları silah-sursat götürülüb


Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Xeberleragentliyi.com xeber verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nəsibovdan “AK” markalı silah, 1 ədəd patron darağı və 22 ədəd patron götürülüb.

Əldə edilən məlumatlar əsasında Salyan Rayon Polis Şöbəsi əməkdaşlarınını keçirdikləri tədbirlər nəticəsində Alçalı kənd sakini Eltac Əkbərovun evindən 1 ədəd, Yenikənd kənd sakini Əvəz Rzayevdən isə 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam