“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi qəbul olunub - YENİLƏNİB » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi qəbul olunub - YENİLƏNİB

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi qəbul olunub - YENİLƏNİB

Müəllif: Gulnare
//
31 May 2018
//
//

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi qəbul olunub - YENİLƏNİB

14:27

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, layihə səsə qoyularaq qəbul edilib.

----------
13:19

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası müzakirə olunub.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il icra haqqında məsələni müzakirə edir:

"2017-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq sübut edir ki, iqtisadiyyatımızda müsbət meyillər güclənir. Sosial proqramların icrasında maliyyə problemi olmayıb. Bu da 2018-ci il dövlət büdcəsinin daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb. Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalar güclənir. 2017-ci il ərzində dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial proqramlar həyata keçirilib".

Qeyd olunub ki, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və müvafiq hesabat "Büdcə sistemi haqqında" qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb. Hesabat Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları, il ərzində götürülən dövlət borcuna xidmət, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir.

Z.Səmədzadə söyləyib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1 faiz və ya 17 milyard 595 milyon manat səviyyəsində icra olunub. Onun sözlərinə görə, xərclərin 62 faizi cari xərclərdir: "Cari xərclər ölkədəki inkişaf səviyyəsinə görə dəyişir. Bəzən elə şərait yaranır ki, sosial layihələr daha çox həyata keçirilir və bu da cari xərclərin artırılmasına səbəb olur. Dövlət başçısının tapşırığı ilə Azərbaycanda neftin qiymətinin ən aşağı həddində belə, sosial layihələrin həyata keçirilməsi dayanmadı və bu sahədə bütün məsələlər vaxtlı-vaxtında həyata keçirildi".
Xəbər Lenti Giriş Populyar Reklam