Gənclər Fondunun dəstəyi ilə tədbir keçirilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Gənclər Fondunun dəstəyi ilə tədbir keçirilib

Gənclər Fondunun dəstəyi ilə tədbir keçirilib

Müəllif: Gulnare
//
30 may 2018
//
//

Gənclər Fondunun dəstəyi ilə tədbir keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 24 may 2018 - ci ildə Qazax Dövlət Sosial - İqtisadi kollecində "Gənclərin şəxsi inkişaf,motivasiya və özünü ifadəetmə bacarıqlarının artırılması" adlı layihə çərçivəsində tədbir keçirilib.

Xeberleragentliyi.com xəbər verir ki, layihənin əsas məqsədi gənclərə şəxsi inkişafda özünə inamın, iş həyatının, uğurlu gələcəyin, asudə vaxtın səmərəli keçirilməsinin, sosial işlərdə iştirakın vacibliyini göstərmək, bu yolda onların qarşılarında duran problemlər və həmin problemlərin aradan qaldırılması yollarına birgə baxış keçirməkdir.

Tədbir iki hissədən ibarət olub.İlk hissədə mövzu ilə bağlı məlumatlar verilib, ikinci hissədə iştirakçılarla maraqlı diskussiyalar keçirilib. Tədbirin sonunda iştirakçılar sertifikatla təmin olunub.

Layihənin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X Qrant Müsabiqəsinin qalibi Nərmin Qaralovadır.
Xəbər Lenti Giriş Populyar Reklam