""Cənub Qaz Dəhlizi" Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirəcək" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » ""Cənub Qaz Dəhlizi" Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirəcək"

""Cənub Qaz Dəhlizi" Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirəcək"

Müəllif: Gulnare
//
30 may 2018
//
//

""Cənub Qaz Dəhlizi" Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirəcək"


"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın etibarlı enerji resursları tədarükçüsü kimi imicini möhkəmləndirəcək.

Xeberleragentliyi.com xəbər verir ki, bunu Avropa Enerji və Resurs Təhlükəsizliyi Mərkəzinin elmi əməkdaşı Slavomir Raşevski deyib.

Ekspert Azərbaycanın bu layihənin təşəbbüskarı və iştirakçısı olduğunu çox müsbət amil hesab edir:

"Bakı üçün burada iki vacib məqam var - iqtisadi və siyasi. İqtisadi tərəfi çox sadədir: "Cənub Qaz Dəhlizi" vasitəsilə ölkə enerji resurslarının satışından gəlirləri artıracaq. Siyasi baxımdan isə layihə Azərbaycanın regionda rolunu artıracaq, Bakının enerji resurslarının etibarlı tədarükçüsü kimi imicini möhkəmləndirəcək".

S.Raşevskinin sözlərinə görə, bu layihə Avropa bazarlarına qaz tədarükü mənbələri və marşrutlarını şaxələndirməyə imkan verəcək:

"Hesab edirəm ki, bu layihə enerji ehtiyatlarının şaxələndirilməsi baxımından böyük imkanlar təqdim edir".
Xəbər Lenti Giriş Populyar Reklam