Bakıda silahlı "narkobaron" tutulub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda silahlı "narkobaron" tutulub

Bakıda silahlı "narkobaron" tutulub

Müəllif: Gulnare
//
30 may 2018
//
//

Bakıda silahlı "narkobaron" tutulub


Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın 29-da keçirdikləri tədbirlər nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

Xeberleragentliyi.com DİN-dən verilən məlumata görə, Bakının Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cəmil Əliyev Gürgan qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silnmiş "Revolver" tipli tapança, 4 ədəd patron, həmçinin əlindəki paketdə çəkisi 2 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb. Onun əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Qıpçaq kənd sakini Pərviz Osmanlıdan 2 kiloqram 815 qram marixuana aşkar edilib.

Sabunçu RPİ 15-ci Polib Bölməsinin əməkdaşları tərəfindən Pirşağı qəsəbə sakini Habil Əminova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb.
Xəbər Lenti Giriş Populyar Reklam