Emin Ağalarov və Murad Dadaşova "Xalq artisti” fəxri adı verilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Emin Ağalarov və Murad Dadaşova "Xalq artisti” fəxri adı verilib

Emin Ağalarov və Murad Dadaşova "Xalq artisti” fəxri adı verilib

Müəllif: Gulnare
//
29 May 2018
//
//

Emin Ağalarov və Murad Dadaşova "Xalq artisti” fəxri adı verilib


Bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncama əsasən bir neçə məşhur mədəniyyət xadiminə "Xalq artisti” fəxri adı verilib.



APA-nın məlumatına görə, onların arasında müğənni və musiqiçi, Crocus Group şirkətlər qrupunun birinci vitse-prezidenti Emin Ağalarov və şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü Murad Dadaşov da var.



Sərəncama əsasən bəstəkar Fikrət Əmirovun oğlu bəstəkar, cazmen Cəmil Əmirov, məşhur bəstəkar Qara Qarayevin oğlu bəstəkar Fərəc Qarayev və bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin qızı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadəyə də "Xalq artisti” fəxri adı verilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam