Azərbaycan Prezidenti: "Cənub Qaz Dəhlizi" yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan Prezidenti: "Cənub Qaz Dəhlizi" yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir

Azərbaycan Prezidenti: "Cənub Qaz Dəhlizi" yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir

Müəllif: Gulnare
//
29 may 2018
//
//

Azərbaycan Prezidenti: "Cənub Qaz Dəhlizi" yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir


""Cənub Qaz Dəhlizi" yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir".

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin açılış mərasimində çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, "Cənub Qaz Dəhlizi"nin icrasında 7 ölkə iştirak edir: "Mən bu gün o ölkələrin adlarını çəkmək istərdim: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, əminəm ki, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. "Cənub Qaz Dəhlizi"nin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik və bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik ki, Avropaya daha çox qaz sataq. Çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır".

Azərbaycan Prezidenti qeyd edib ki, "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi məsələlərinin həllinə də köməklik göstərəcək: "Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi şəkildə dayanıb. Ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. "Cənub Qaz Dəhlizi" enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Biz bu layihədə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə tam mənada enerji resurslarının diversifikasiyası, şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə sözün əsl mənasında enerji şaxələndirilməsi layihəsini icra edirik".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan qazı yeni mənbədir və "Cənub Qaz Dəhlizi" yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir: "Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib və bu da çox önəmlidir. Maraqlar balansı burada gözlənilib. Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr. Və istehlakçı ölkələr, hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar və beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam təmin ediləcək. Yəni bu maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasəti ilə bağlı yanaşmamız məhz bundan ibarətdir. Bütün iştirak edən tərəflər, şirkətlər, ölkələr öz mənfətini götürməlidirlər. Əlbəttə ki, Azərbaycan resursların sahibi kimi öz mənfəətini götürür və götürəcək".
Xəbər Lenti Giriş Populyar Reklam