"Dövlətin rəsmi tədbirlərində bu rusofil yanaşmanı yığışdırmaq lazımdır" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Dövlətin rəsmi tədbirlərində bu rusofil yanaşmanı yığışdırmaq lazımdır"

"Dövlətin rəsmi tədbirlərində bu rusofil yanaşmanı yığışdırmaq lazımdır"

Müəllif: Gulnare
//
26 may 2018
//
//

"Dövlətin rəsmi tədbirlərində bu rusofil yanaşmanı yığışdırmaq lazımdır"


Artıq neçənci tədbirdir diqqətimi bir təkrarlanan epizod cəlb edir: tədbirin ya başlanğıcında, ya da sonluğunda böyük sənət adamı Müslüm Maqomayevin məşhur "Azərbaycan" mahnısı ya özünün səs yazısı olaraq, yaxud da başqa bir müğəninin canlı ifasında təqdim olunur. Bu mahnının mətni müstəqil Azərbaycandan daha çox Sovet Azərbaycanının obrazını göz önündə canlandırsa da, ritmi, pafosu yerindədir və insanın duyğularını tərpədə bilir. Bununla belə, mahnının ortasında ifanın rus dilində verilməsi olduqca yersiz və siyasi baxımdan yanlış sayıla bilər.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Sovet dövründə bu böyük sənətkarın, eləcə də böyük Rəşid Behbudovun rusdilli auditoriyaya Azərbaycanı təbliğ etmək üçün mahnılarda bu priyomdan istifadə etməsi doğru və anlaşılan idi, indi isə mahnının bəzi hissələrinin rus dilində səsləndirilməsi ilə simvolik olaraq müstəqil Azərbaycanı Rusiya mühitinə bağlılığı təbliğ olunur:

"Auditoriya sırf azərbaycanlılardırsa, Azərbaycan haqqında brend mahnının bir hissəsinin rusca oxunması nə məna daşıyır? Doğrusu, izahını vermək çətindir. Əgər xarici auditoriya üçün düşünülübsə, o zaman bura ingiliscə mətni də əlavə etmək olmazmı? Ən azı dövlətin rəsmi tədbirlərində bu rusofil yanaşmanı yığışdırmaq lazımdır. Müstəqilliyimizi kölgələyəcək epizodlara bir az da diqqətli olmalıyıq".
Xəbər Lenti Giriş Populyar Reklam